RouteMap — obyektləri prioritetləşdirin və marşrutu xəritədə görün | FieldOS
RouteMap ərazidə çalışan nümayəndə və digər əməkdaşların gün ərzində getməli olduğu obyektləri xəritədə ardıcıllıqla görməsinə kömək edir. Sistem tamamlanmamış gün qrafikini nəzərə alır, mövcud mövqedən marşrut hesablayır, obyektləri nömrələyir və marşrut xəttini xəritədə göstərir.
RouteMap necə işləyir?
- İşçinin həmin gün üçün planlaşdırılmış obyektləri müəyyən edilir.
- Artıq tamamlanmış ziyarətlər marşrutdan çıxarılır.
- Cari GPS mövqeyi marşrutun başlanğıcı kimi istifadə olunur.
- Marşrut xidməti obyektlərin keçilmə ardıcıllığını hesablayır.
- Xəritədə obyektlər 1, 2, 3 və s. ardıcıllıqla, marşrut isə xətt kimi göstərilir.
Ərazidə işləyən komanda üçün faydası
- İşçi növbəti obyektləri xəritədə bir baxışda görür.
- Gün ərzində qalan ziyarətlərin ardıcıllığı aydın olur.
- Rəhbər üçün planlaşdırılan iş ilə ərazi icrasını əlaqələndirmək asanlaşır.
- Marşrut ayrıca xəritə tətbiqinə keçmədən FieldOS daxilində görünür.
Obyektə gedərkən
Xəritədə obyekt seçildikdə obyektin adı və ünvanı göstərilir. FieldOS-dakı obyekt üçün ayrıca naviqasiya keçidi də təqdim olunur və işçi istiqaməti Google Maps-də aça bilər.
RouteMap hansı işlər üçün uyğundur?
- Ekspeditorların gündəlik obyekt marşrutları
- Satış və digər nümayəndələrin ziyarət qrafikləri
- Ərazidə çalışan servis və digər əməkdaşların obyekt səfərləri
- Çoxsaylı obyektlərlə işləyən şirkətlərin gündəlik ərazi işi