FieldOS — Ana səhifə

Ərazidə çalışan əməkdaşların idarə edilməsi | FieldOS

Ərazidə çalışan komandaların idarə edilməsində əsas məsələ əməkdaş, obyekt, qrafik və faktiki ziyarət məlumatlarını bir yerdə görməkdir. FieldOS şirkətin ərazi işini planlama, icra və hesabat mərhələləri üzrə birləşdirir.

Ərazi üzrə işin əsas qatları

  • Əməkdaşların şirkət daxilində rol əsaslı idarə edilməsi
  • Region və rayonlar üzrə təşkilatlanma
  • Əməkdaşa obyektlərin təyin edilməsi
  • Həftəlik və aylıq ziyarət qrafikləri
  • Xəritədə son məlum mövqenin görünməsi
  • Ziyarət və gündəlik hesabatların toplanması

Plan və fakt eyni sistemdə

Qrafikdə planlaşdırılan obyektlər ayrıca saxlanılır, faktiki ziyarətlər isə ayrıca qeyd olunur. Bu yanaşma rəhbərə planlaşdırılmış işlə faktiki icranı müqayisə etməyə imkan verir.

Fərqli əməkdaş tiplərinə uyğunlaşdırma

Platformanın əsas modeli konkret bir peşə adına bağlanmır. Ərazi üzrə işləyən nümayəndə, ekspeditor, satış əməkdaşı və digər işçilər üçün obyekt və ziyarət əsaslı iş axını qurmaq mümkündür.